7 C
Baku
Sunday, December 15, 2024

MilliÖN-də narahatçılığa əsas yoxdur

®Ölkənin ən böyük ödəniş terminalları şəbəkəsi olan MilliÖN” terminalından pul oğurlayan şəxs saxlanılıb. 

Bu gün kütləvi informasiya vasitələrində yayılan xəbərdə də qeyd edildiyi kimi, Balakən rayonunda olan ödəniş terminalımızdan kiçik məbləğdə vəsaitin oğurlanmasına cəhd olub. Rayon sakini oğurluq məqsədilə daxil olduğu iki mağazada şirkətimizə aid ödəmə terminalını sındıraraq içərisində olan kiçik məbləğdə pulu götürüb. Polis əməkdaşlarının çevikliyi nəticəsində ələ keçən cinayətkar istintaqa təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Nəzərinizə çatdırırıq ki, MilliÖN terminallarından hər gün vəsait inkassasiya olunduğuna görə terminallarda böyük vəsait qalmır. Məlumat üçün bildiririk ki, analoji cinayət cəhdlərinə baxmayaraq, ödədiyiniz ödənişlərlə bağlı narahatçılığa əsas yoxdur.

Hal-hazırda 3000-dən çox ödəniş terminalı və mobil tətbiqi ilə fəaliyyət göstərən maliyyə texnologiyası şirkəti olan “Komtec” MMC öz fəaliyyətinə 2008-ci ildə başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.Million.az saytından, *0010 zəng mərkəzindən və ya şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər