11 C
Baku
Sunday, December 7, 2025

Dolların indeksinin artması ilə neftin qiyməti ucuzlaşır

Qlobal bazarlarda neftin qiyməti yenidən düşür.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 09:00-da Londonun qitələrarası fond birjasında (ICE) Brent markalı xam neftin bir barreli 0.18 dollar (0.32%) ucuzlaşaraq 56.24 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı xam neft 53.51 dollara düşüb. Bu da sessiya ərzində 0.06 dollar (0.11%) ucuzlaşma deməkdir.

Ucuzlaşmaya səbəb COVID-19 epidemiyasının bəzi ölkələrdə yenidən artım dalğası, mutasiyasının digər ölkələrdə yayılması, ən əsası isə ABŞ dollarının indeksi (USDX) son günlərdə əvvəlki göstəricisinə doğru irəliləməsidir. Belə ki, dolların indeksi 0.07% artımla 90.278 bəndinə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər