“Microsoft”un qurucusu Bill Qeyts 132 milyard dollarlıq sərvətinə 100 min hektardan çox ərazi əlavə edib.
Vaşinqtondan Floridaya qədər 18 ştatda torpaq alan milyarder bununla ABŞ-ın ən böyük torpaq sahibi olub. Onun mülkiyyətində olan 97,9 min hektar kənd təsərrüfatı və 10, 9 min hektar isə digər istifadə sahələri üçün nəzərdə tutulub.
ABŞ milyarderinin hansı səbəbdən təsərrüfat ərazilərinə bu qədər investisiya ayırdığı hələ ki, məlum deyil. Bununla belə, investisiyanın iqlim dəyişikliyi ilə əlaqəli ola biləcəyi iddia olunur.