9 C
Baku
Thursday, December 12, 2024

“Kapital Bank” ən böyük xalis mənfəət edən bank oldu – 303 mln. manat

“Kapital Bank” ASC ötən il 302.7 mln. manat xalis mənfəətlə, ölkənin ən böyük mənfəət edən bankı olub.

Banker.az xəbər verir ki, bu barədə bankın 2020-ci il üzrə maliyyə hesabatında deyilir.

Kommersiya bankının faiz gəlirlərinin həcmi 440.18 milyon manat olub, bu da öncəki illə müqayisədə 9.8% illik müqayisədə artım deməkdir. Faiz gəlirlərinin 369.69 milyon manatı müştərilərə verdiyi kreditlər, 34.75 milyon manatı qiymətli kağızlar, 22.49 mln. manatı isə banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə təşkil edib.

Bankın faiz gəlirləri 50.80 mln. manat olub ki, bu da öncəki illə müqayisədə faiz xərclərini 19.8% azaltmağa nail olub.

“Kapital Bank” qeyri-faiz gəlirlərini 216.44 mln. manata yüksəldib (öncəki ildə 170.35 mln. manat idi), və qeyri-faiz xərcləri isə 267.53 mln. manat (209.79 mln. manat) təşkil edib.

Bank 2020-ci il üzrə 25.55 mln. manat problemli aktivlərindən vəsait əldə edib. Beləliklə bankın mənfəəti 363.83 mln. manat təşkil edib. Buradan bank 61.14 mln. manat mənfəət vergisi ödəmişdir. Beləliklə bankın xalis mənfəəti 302.7 mln. manat təşkil edib. Öncəki ildə bankın xalis mənfəəti 134.71 mln. manat idi.

Cari hesabatlara istinad etsək “Kapital Bank” ölkədə ən böyük xalis mənfəət əldə edən bankdır. Bu sıralamada ona Azərbaycan Beynəlxalq Bankı 129 mln. manat, “PAŞA Bank” ASC 84.25 mln. manatla ən yaxın banklardır.

Bank hazırkı xalis mənfəətindən sonra bölüşdürülməmiş mənfəətini son bir ildə 163.32 mln. manatdan 354.02 mln. manata yüksəlib. 32443323233232323323223

 

Son xəbərlər
Digər xəbərlər