9 C
Baku
Friday, December 13, 2024

“Aztelekom” 5 ədəd Pikap aldı

“Aztelekom” MMC “Diamond Motors” MMC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə 5 ədəd Pikap tipli nəqliyyat vastitələrinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 260 000  manatdır.

Xatırladaq ki, “Aztelekom” MMC-nin nizamnamə kapitalı  22 milyon 525 min 383 manatdır və qanuni təmsilçisi Suat Paşayevdir. Hazırda “Aztelekom” öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS) və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.

Azərbaycan Respublikasının Milli rabitə operatoru olan Aztelekom fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif telekommunikasiya xidmətlərini göstərir.

Son xəbərlər
Digər xəbərlər