Bəzi respublikaçı senatorlar ABŞ-ın sabiq prezidenti Donald Trampın impiçmentə qarşı çıxış ediblər.
Bu barədə “Fox News” bildirib.
Senator Marko Rubio qeyd edib ki, Senatda Trampın impiçmenti üzrə proses ağılsızlıqdır və əgər sabiq dövlət başçısı Kapitolidə yanvarın 6-da baş verən hadisələrə görə məsuliyyət daşısa belə, bu proses ABŞ-a ziyan vuracaq.
“Birincisi, hesab edirəm ki, məhkəmə ağılsızlıqdır. Bu, qeyri səmərəlidir. Bizim ölkədə artıq alovlanma baş verir və məhkəmə bu alova benzin tökməyə bərabərdir”, – qanunverici deyib.
Respublikaçı senator Tom Kotton Senatın Trampı vəzifədən getməsindən sonra mühakimə etməsi üçün Konstitusiya səlahiyyətinə sahib olduğuna inanmadığını söyləyib.
“Digər respublikaçı senatorlarla nə qədər çox danışsam, (bu arqumenti dəstəkləmək üçün – red) bir o qədər sıraya düzülürlər”, – o deyib.