2001-ci ildə Kanada polisi bir sıra inanılmaz fırıldaqçılıq əməllərinə imza atmış fransız əsilli fırıldaqçını həbs etdi. 1967-ci ildə anadan olmuş Kristofer Rokankurt Bill Klintonun yaxın dostu və Rokfeller ailəsinin üzvü olduğunu iddia edirdi.
Rokankurt öz həyat yoldaşı – Playboy jurnalının keçmiş modeli Mariya Pia Rayes ilə birgə həbs olunmuşdu. Qadın da həmçinin fırıldaqçılıqda və vankuverli biznesmeni şəxsi mənfəət naminə aldatmaqda təqsirli bilinirdi.
Polisin verdiyi məlumata əsasən, 2000-ci ilin avqustunda Rokankurt Şərqi Hemptonda həbs edilməli olduğu zaman Kanadaya qaçmışdı. Bu zaman o onlarla varlı amerikalını məharətlə aldadaraq onların 1 milyon dollarını mənimsəmişdir.
Cinayətkar mediada özünü açıq şəkildə Kristofer Rokfeller adı ilə reklam edirdi. Əslində isə onun anası əxlaqsızlıqla məşğul olurdu, atası isə alkoqol aludəçisi idi. Kristoferin 5 yaşı olduqda isə onu uşaqlar evinə vermişdilər.
ABŞ-da onun fırıldaqçılıq əməlləri aşkar olunduqda Kristofer təcili Kanadaya qaçmalı olur. Vistler otelinin xidmətçiləri bildirmişlər ki, Rokankurt burada deyirdi ki, o məşhur avtomobil yarışçısıdır və saysız pərəstişkarlarından gizlənmək üçün saxta addan istifadə edir. Onun tərəfindən aldadılmış qurbanlarından biri həmçinin bildirmişdir ki, o özünü məşhur maliyyəçi kimi təqdim etmişdi. Məlumdur ki, o özünü digərlərinə boks üzrə çempion, kino prodüseri kimi də təqdim etmişdir.
2002-ci ilin martında Rokankurt ABŞ-a təhvil verildi. O 11 maddə üzrə təqsirli bilinsə də, o yalnızca 3 maddə üzrə təqsirli olduğunu etiraf etmişdi. Bura oğurluq, qaçaqmalçılıq və yalançı şahidlik daxil idi. Kristofer həmçinin varlı insanları aldadaraq onların 40 milyon dollarını mənimsədiyini də etiraf etmişdi.