10 C
Baku
Wednesday, December 11, 2024

Dünyanın ən böyük kinoteatrlar şəbəkəsi müflisləşməmək üçün $917 mln. cəlb edib

Dünyanın ən böyük kinoteatrlar şəbəkəsi olan “AMC” müflisləşməmək üçün kredit və investisiya şəklində 917 milyon dollar cəlb edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkət məhkəməyə iflas haqqında iddia ərizəsi təqdim etməmək üçün Covid-19 pandemiyasının səbəb olduğu problemləri bu cür həll etməyə çalışır.

Xatırladaq ki, dekabr ayında “AMC” investorlara 2021-ci il yanvar ayının ortalarına qədər iflasla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdir. Şirkət səbəb kimi pandemiyanı və “Warner Bros”un 2021-ci il filmlərini eyni vaxtda buraxmaq qərarını göstərmişdir.

Koronavirusla əlaqəli məhdudiyyətlər səbəbindən şirkət dünyadakı 1000-dən çox kinoteatrın əksəriyyətini müvəqqəti bağlamalı olub. Bundan əlavə, bir sıra filmlərin buraxılışı təxirə salınıb və kinoteatrda unikal kontent demək olar ki, qalmayıb.

“AMC” həmçinin icarə haqqını azaltmaq üçün icarəçilərlə danışıqlara davam edəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər