“Hyundai”ın xalis mənfəəti 34% azalıb

Ötən il Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor” şirkətinin xalis mənfəəti 2019-cu illə müqayisədə 33,5% azalaraq 2,118 trln. von (1,9 mlrd. ABŞ dolları) təşkil edib.

Bu barədə şirkətin hesabatında bildirilir.

Qeyd olunur ki, ötən il əldə olunan gəlir 2019-cu ilə nisbətən 1,7% azalaraq 103,998 trln. von (94,3 mlrd. dollar), əməliyyatlar üzrə gəlir isə 22,9% azalaraq 2,781 trln. von (2,5 mlrd. dollar) olub.

2020-ci ilin IV rübündə şirkətin xalis mənfəəti illik ifadədə 1,7 dəfə artaraq 1,377 trln. vona (1,2 mlrd. dollar), gəliri 5,1% artaraq 29,243 trln. vona (26.5 milyard dollar), əməliyyatlar üzrə gəliri isə 1,4 dəfə artaraq 1,641 trln. vona (1,4 mlrd. dollar) çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər