Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı 2020-ci ilin dekabrın 31-nə 2 236 nəfər olub.
Banker.az bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, 2019-cu ilin müvafiq dövrü ilə müayisədə BOKT işçilərinin sayı 109 nəfər və ya 5.1% artıb. Belə ki, 2019-cu ilin eyni dövründə BOKT-larda çalışan işçilərin sayı 2 127 nəfər olub.
Bu dövrdə BOKT-filiallarının sayı isə 247 ədəd olub. 31 dekabr 2019-cu il tarixində isə BOKT-ların sayı 228 ədəd olub ki, bu da illik müqayisədə 19 yeni BOKT filialının açılması deməkdir.