2020-ci ildə Naxçıvanda sahibkarlara 37 milyon 676 min manat kredit verilib.
Banker.az yerli Statistika İdarəsiniin hesabatına istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 29.2% çoxdur.
Belə ki, verilmiş kreditin 16 milyon 860 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 20 milyon 816 min manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub.
Həmçinin qeyd edək ki, bu dövrdə 37 hüquqi və 2404 fiziki şəxs qeydiyyata alınıb.