7 C
Baku
Thursday, December 12, 2024

“Bank of Baku” da böhranlı ili uğurla tamamlayır – 13 mln. manat mənfəət!

“Bank of Baku” ASC 2020-ci il üzrə gəlirlərini artırmaqla dövr üzrə xalis mənfəətini 12.67 milyon manat edib.

Banker.az bu barədə kommersiya bankının 2020-ci il üzrə açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Bankın faiz gəlirlərinin həcmi 53.6 milyon manat olmaqla, bunun, 50.65 milyon manatı kreditlər üzrə faizdən və 1.88 milyonu qiymətli kağızlar üzrə faiz gəlirləri təşkil edib.

BoB kredit faizlərindən gəliri hesabat dövründən öncəki illə müqayisədə 9.45 mln. manat (22.9%), qiymətli kağızlardan gəlirini isə 2.6 dəfə böyüdüb.

Lakin, bu iki portfel üzrə gəlirləri artsa da, portfelin özünün həcmi illik müqayisədə azalıb.

Bankın kredit portfelinin həcmi 1 yanvar 2021-ci il tarixinə 337.95 milyon manat olub. Burada, 229.71 milyon manatı istehlak, 94.94 milyon manatı biznes və 13.29 milyon manatı isə ipoteka üzrə verilən kreditlərdir.

Ticarət və investisiya qiymətli kağızların portfeli isə son bir ildə 73.09 milyon manatdan 40.51 milyon manata qədər geriləyib.

FAİZ XƏRCLƏRİNİ AZALDIB

“Bank of Baku” ASC 2020-ci il üzrə cəmi faiz xərci 11.64 milyon manat olub. Bunun 11.14 milyon manatı müştərilərin faizləri üzrə ödənişləri və 0.42 milyon manatı isə aldığı kreditlər üzrə faiz xərcləridir.

BoB depozit portfelini son bir ildə 10.26 milyon böyütməklə 193.49 milyon manata çatdırıb. Kredit portfelinin 171.53 milyon manatı fiziki şəxslərdən və 21.95 milyon manatı isə hüquqi şəxslərdən cəlb etdiyi əmanətlərdir.

BoB-un ötən il qeyri-faiz gəlirləri 2.4% artımla 9.4 milyon manata, qeyri-faiz xərcləri isə 13.9% artımla 37.83 milyon manata yüksəlib. Beləliklə, BoB-un əməliyyatı 2020-ci ildə 13.53 milyon manat mənfəətlə tamamlanıb.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 3.65 milyon manat daxilolma ilə vergidən öncəki mənfəətini 17.18 milyon manata yüksəldib. Həmin vəsaitdən 4.5 milyon manat mənfəət vergisi ödəmiş və 12.67 milyon manat xalis mənfəətlə ili bitirib. Bu mənfəətdən sonra bankın bölşdürülməmiş mənfəəti 16.23 milyon manat olub.

Qeyd edək ki, BoB devalvasiyadan sonra problemli kreditlərdən əziyyət çəkən bank idi. Prezidentin xarici valyuta olan kreditlərlə bağlı fərmanından sonra bu bank kapitalını uğurlu şəkildə bərpa edərək 2019-cu ildə 25.57 milyon manat xalis mənfəətlə tamamlamaqla balansındakı yığılmış zərəri bağlamış və əlavə balansına 2.4 mln. manat bölüşdürülməmiş mənfəət də qalmışdı.

478383

Son xəbərlər
Digər xəbərlər