“ByteDance” Trampın təzyiqləri fonunda gəlirini iki dəfədən çox artırıb

“TikTok sosial şəbəkəsinə sahib olan “ByteDance” şirkəti gəlirini iki dəfədən çox artırıb. Nəticədə, 2020-ci ildə onun gəliri 35 milyard dollar təşkil edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu, ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının “TikTok”u satmağa məcbur etmə cəhdləri fonunda baş verib.

Hesablamalara görə, “ByteDance”ın əməliyyat gəliri 4 milyard dollardan 7 milyard dollara yüksəlib. Materialda göstərildiyi kimi, göstəricilərin artması “TikTok”un bütün dünyada populyarlaşması ilə əlaqəli olub. 2020-ci ildə şirkət təqribən 180 milyard dollar dəyərində qiymətləndirilib və Honkonq birjasına çıxıb.

Xatırladaq ki, ötən ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkədə “TikTok”un fəaliyyətini məhdudlaşdırmağa cəhd edib. Nəticədə, “ByteDance” aktivlərini Amerika şirkətlərinə (“Oracle” və “Walmart”) satmağa razılaşıb. Tramp müqaviləni təsdiq edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər