2 C
Baku
Sunday, December 15, 2024

“Apple Watch 7”ə yeni funksiya əlavə ediləcək

“Apple Watch 7” saatına qanda qlükoza miqdarına nəzarət funksiyası əlavə ediləcək. Bu barədə Cənubi Koreyanın “ET News” nəşrinin məlumatında deyilir.

Hesabata istinad edən mənbələrə görə, qlükometr funksiyasının yeni “Apple” saatlarına və rəqib “Samsung Galaxy Watch 4” modelinə quraşdırılması gözlənilir. ABŞ şirkətinin müvafiq funksiya üçün artıq patent hüququ əldə etməsi və diqqəti qlükoza monitorunun daşınan qurğulara tətbiqinə yönəltməsi bildirilir.

Açıqlanan sənədlərə görə, qanda şəkərin miqdarına nəzarət üçün “Apple” qeyri-invaziv monitor ixtira edib. Onun işi üçün dərinin deşilməsinin tələb edilməməsi qeyd olunur. Klassik qlükometrlərdə qan nümunəsini götürmək üçün ya dərini deşmək, ya da xüsusi implantasiya edilmiş fasiləsiz qlükoza monitoru quraşdırmaq lazımdır. Belə optik monitora malik saatlar şəkər xəstələri üçün nəzərdə tutulacaq.

Jurnalistlər qeyd edib ki, “Apple” uzun müddətdir tibbi funksiyalara malik qurğuların istehsalına diqqət göstərir. Belə ki, şirkət 2017-ci ildə qeyri-invaziv qan monitorinq sensoru üzərində çalışan biotibbi mühəndis və məsləhətçilər qrupu yaradıb.

Yanvarın sonunda ABŞ həkimləri “ağıllı” saatların koronavirusla mübarizədə faydalı olmasını təsdiqləyiblər. Onların sözlərinə görə, qurğular ürək ritminin variabelliyinə nəzarət edir ki, bu da xəstədə koronavirusun mövcudluğunu erkən mərhələdə müəyyənləşdirməyə imkan verir.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər