13 C
Baku
Friday, November 22, 2024

“PASHA Bank Georgia” kredit portfelini böyüdüb

“PASHA Bank Georgia” 2020-ci il üzrə kredit portfelini 29.86 mln lari (9.6%) artmaqla 332.39 mln lari (100.57 mln dollar) olub.

Bankın cəmi aktivlərinin 469.86 mln. manat olub ki, bu da illik 5.1% azalma deməkdir.

“PASHA Bank Georgia”nın öhdəliklərinin həcmi hesabat dövrünün sonuna 393.84 mln larisi olub. Öhdəlikləri son bir ildə 0.5% cüzi kiçilib.

Öhdəliklərinin 149.44 mln larisi müddətli əmanətlər təşkil edib ki, bu da illik müqayisədə 1.1% azalmadır.

Cəmi öhdəliklərdə əsas azalma səbəbi bank qarşısındakı öhdəliklərinin son bir ildə 86.3 mln laridən 76.46 mln lariyə, tələbli depozitlərin isə  32.36 mln laridən 2.63 mln lariyə düşməsi olub.

“PASHA Bank Georgia 2020-ci il üzrə gəlirləri öncəki ili üstələyib. Bank geridə qoyduğumuz il ərzində 31.66 mln lari həcmində faiz gəliri əldə edib. Bunun 25.52 mln larisi kreditlər üzrə faiz gəliri olub. Bank öncəki illə müqayisədə faiz gəlirlərini 11% artırıb. Bankın faiz xərcləri isə 15.05 mln lari olub.

Bankın qeyri-faiz gəlirləri 6.64 mln lari, qeyri-faiz xərcləri isə 12.7% artaraq 32.61 mln lari olub.

Nəticədə, “PASHA Bank Georgia”nın  əməliyyatı 9.36 mln lari zərərlə tamamlanıb.

Ümumilkdə xalis zərərin həcmi 23.19 mln lari olub. Bunun da səbəbi 13.96 mln. lari investisiya xərcləri ilə bağlıdır.

1 lari=0.3 ABŞ dolları

Son xəbərlər
Digər xəbərlər