9 C
Baku
Friday, December 13, 2024

Qod Nisanov və Zarah İliyev “Rusiyanın daşınmaz əmlak bazarının kralları” seçiliblər

Azərbaycan əsilli Qod Nisanov və Zarah İliyev “Rusiya əmlak bazarının kralları” titulunu qorumağa davam edirlər.

Banker.az “Haqqin.az”a istinadən xəbər verir ki, bu barədə daşınmaz əmlakdan ən yüksək icarə gəliri alan şirkətlərin siyahısını dərc etmiş “Forbes” yazır.

Reytinqdə birinci yeri Qod Nisanov və Zarah İliyevə məxsus olan “Kiyevskaya Ploşad” tutub. Verilən məlumata görə, 2020-ci ildə şirkət 1.2 milyard dollardan çox icarə gəliri qazanıb. “Ploşad”ın ən böyük obyektləri arasında “Food City” topdan və pərakəndə qida mərkəzi, eyni zamanda “Evropeyskiy” ticarət-əyləncə kompleksi var.

İkinci yeri 585 milyon dollar icarə gəliri ilə Samvel Karapetyana məxsus olan “Taşir” qrupu tutur. Şirkətin əsas obyektləri “Rio” ticarət mərkəzi, çoxfunksiyalı “Kvartal West” kompleksi və “Novotel Moscow” otelidir.

İlk üçlüyü Mixail və Sair-Salam Qutseriyevlərə məxsus olan “Safmar” bağlayır. Qrupun kommersiya məqsədli daşınmaz əmlak icarəsindən əldə etdiyi gəlir 460 milyon dollar təşkil edir. “Moscow Mariott Grand” və “Nasional” oteli, “Kaleydoskop” ticarət mərkəzi, o cümlədən bir milyon yarım kvadrat metr sahəsində anbar da “Safmir” şirkətinə məxsusdur.

Vladimir Yevtuşenkonun 90 milyon dollar gəlirli AFK “Sistem” və 65 milyon dollar gəlirli “RAMO-M” qrupu reytinqə yeni daxil olanlar arasındadır.

“Forbes” yalnız şirkətlərin icarədən əldə etdiyi gəlirlərini hesabladığını vurğulayır. İcarəçilərin öz ehtiyacları üçün istifadə etdikləri sahələr nəzərə alınmayıb.

Son xəbərlər
Digər xəbərlər