Yaponiyada 2020-ci ilin yekunları üzrə işsizlik səviyyəsi 2,8 faiz təşkil edib, bu isə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artıqdır.
Bu barədə Yaponiyanın İnzibati İşlər və Kommunikasiya Nazirliyinin statistikasında deyilir.
Məlumata əsasən, il ərzində bu göstərici koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlər fonunda davamlı olaraq artıb və oktyabr ayında 3,1 faiz səviyyəsinə çatıb. Növbəti bir neçə ayda işsizlik səviyyəsi düşərək 2,8 faizə bərabər olub.
Qeyd edilir ki, Yaponiyada işsizlik səviyyəsi son 11 ildə ilk dəfə artıb.