2 C
Baku
Saturday, December 14, 2024

“General Motors” 2035-ci ilədək elektromobillərin istehsalına keçməyi planlaşdırır

“General Motors” 2035-ci ilə qədər dizel və benzin mühərrikli avtomobillərin istehsalını tamamilə dayandırmağı planlaşdırır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“CNBC”nin verdiyi məlumata görə, şirkət 2040-cı ilədək karbon qazı tullantılarını azaltmaq planının bir hissəsi olaraq yalnız elektrikli nəqliyyat vasitələrini istehsal edəcək.

Avtomobil konserni 2030-cu ildə ABŞ-da və 2035-ci ilə qədər dünya miqyasında nəqliyyat vasitələrini enerji ilə təmin etmək üçün yalnız bərpa olunan enerjidən istifadə etməyi hədəfləyir.

“GM”in dayanıqlı inkişaf üzrə direktoru Dey Parker şirkətin ənənəvi yanma mühərriklərdən elektrikli vasitələrə keçməyi və gəlirliliyi olduğu səviyyədə saxlamağı planlaşdırdığını açıqlayıb.

“Bu sahədə müəyyən baryerlərin və texnoloji problemlərin olduğunu bilsək də, sahib olduğumuz resurs və təcrübə ilə bu çətinliklərin öhdəsindən gələ biləcəyimizə əminik”, – Parker qeyd edir.

Ümumilikdə, 2025-ci ilədək “GM” 30 yeni avtomobil istehsal etməyi planlaşdırır. Şirkət 2030-cu ilə qədər “Cadillac” avtomobillərinin əksəriyyətinin elektrikli olacağını bildirib.

Son xəbərlər
Digər xəbərlər