1 C
Baku
Saturday, December 14, 2024

BƏƏ ilk dəfədir xaricilərə vətəndaşlıq almağa icazə verdi

Birləşmiş Ərəb Əmirlikləri hökuməti ilk dəfə olaraq xaricilərin vətəndaşlıq almasına icazə verib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Verilən məlumata görə, pasport üçün investorlar, ixtiraçılar, elm adamları, həkimlər, yaradıcı peşə nümayəndələri və onların ailə üzvləri müraciət edə biləcəklər. Hər bir kateqoriya üçün xüsusi tələblər müəyyən ediləcək.

Vətəndaşlıq müraciətləri BƏƏ hökuməti və yerli icra orqanları tərəfindən nəzərdən keçiriləcək. Qeyd edək ki, BƏƏ vətəndaşlığını almaq üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

1. Həkimlər, mühəndislər və digər peşəkarlar BƏƏ-də “yüksək tələbat olan” sahədə çalışmalıdırlar, eyni zamanda ən azı 10 illik təcrübəyə malik olmalıdırlar.

2. Alimlər “aktiv tədqiqat fəaliyyəti” ilə məşğul olmalıdırlar, ən azı 10 illik təcrübəyə sahib olmalıdırlar, elm sahəsində nüfuzlu mükafatlar və ya BƏƏ-nin tanımış akademik təşkilatlardan tövsiyə məktubu almalıdırlar.

3. İxtiraçılar BƏƏ İqtisadiyyat Nazirliyi və ya başqa nüfuzlu beynəlxalq təşkilat tərəfindən tanınmış bir və ya daha çox patentə sahib olmalıdırlar, eyni zamanda krallıq nümayəndələrindən tövsiyə məktubu almalıdırlar.

4. Yaradıcı peşəkarlar sənətkarlıq və mədəniyyət sahələrində qabaqcıl olmalıdırlar, bir və ya daha çox beynəlxalq mükafat almalıdırlar. Bundan əlavə, onların müvafiq dövlət qurumlarından tövsiyə məktubu almaları tələb olunur.

5. İnvestorlar BƏƏ-də daşınmaz əmlaka sahib olmalıdırlar və ya ölkənin İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənmiş bir və ya daha çox patent almalıdırlar.

“Bloomberg” bildirir: BƏƏ Fars körfəzinin ilk ölkəsidir ki, xaricilərə vətəndaşlıq almağa icazə verib. Daha əvvəl bu yalnız istisna hallarda mümkün olub.

Son xəbərlər
Digər xəbərlər