22 C
Baku
Monday, October 7, 2024

Azərbaycanda “Twitter” istifadəçilərinin sosial media bazarında fəallığı ilk dəfə kəskin artıb

Bu ilin yanvar ayında “Twitter”ın Azərbaycanın sosial media bazarında payı 25.17%% təşkil edib.

Banker.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, dekabr ayı ilə müqayisədə onun istifadəçilərinin ölkə üzrə fəallığı  19.59 % artıb. Qeyd edək ki, populyarlığına görə “Twitter” ölkənin sosial media bazarında ilk dəfə olaraq birinci yeri tutub.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Facebook” qərarlaşıb ki, Azərbaycanın sosial media bazarında “Facebook”un payı 20.27% olub. 2020-ci  ilin dekabr ayı ilə müqayisədə Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı 0.23% artıb.

Üçüncü yerdə qərarlaşan “İnstagram”in Azərbaycanın sosial media bazarında payı 20.1% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər