19 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda istehlak kreditləri bahalaşıb

Azərbaycanda banklar və BOKT-lar tərəfindən verilən istehlak kreditlərinin faiz dərəcələri artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

1 yanvar 2021-ci il tarixinə ölkədə kredit kartları ilə verilən kreditlər 24% , məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 23%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 24%,  avtomobil kreditləri 19% təşkil edib.

1 oktyabr 2020-ci il tarixinə isə ölkədə kredit kartları ilə verilən kreditlər 23%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 22%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər 22%, avtomobil kreditləri 19% təşkil edib.

Ölkədə istehlak kreditlərinin cəmi portfeli 3 milyard 661.2 milyon manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər