Azərbaycan üzrə mobil telefon və kompüterlərin, eləcə də planşetlərin bazar payı açıqlanıb.
Banker.az “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir ki, masaüstü kompüterlərin bazar payı yanvar ayında 41.61 % olub. Ötən ilin dekabr ayı ilə müqayisədə 0.15% artıb.
Mərkəzin məlumatına əsasən, hesabatda ölkə üzrə planşetlərin bazar payı 2.84% təşkil edib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə isə 0.03% bəndi azdır.
Bu dövrdə mobil telefonların bazar payı 55.55 % təşkil edib ki, ötən 1 ayla müqayisədə bu, 0.18% azalma deməkdir.