6 C
Baku
Sunday, December 15, 2024

Pandemiya Azərbaycan banklarını qiymətli kağızlara yönəldir – Kim necə böyüyüb?

Azərbaycan 2020-ci ilin ilk rübündən başlayaraq ölkədə COVID-19 pandemiyası bankların kreditləşməsinə mühüm təsir etdi.

Banklar karantin rejiminin sərt tətbiqi zamanında kredit almaq istəyən müştərilərə çıxışının azalmasını görərək, əllərindəki vəsaitlərlə öhdəliklərinin faiz və əməliyyat xərclərini qarşılamaq üçün qiymətli kağızlar bazarına daha çox meylindilər. Müştərilərə verdiyi kredit portfelinin həcmi 9 ay ərzində 15 milyard 232.7 milyon manatdan 14 milyard 157 milyon manata düşüb.

1 aprel 2020-ci ildən 1 yanvar 2021-ci il tarixinə qədər bankların ticarət investisiyalı qiymətli kağızların portfeli 51.2% böyüdü. Həmin portfelin həcmi hesabat dövrünün sonuna 4 milyard 335 milyon manat təşkil edib.

Qiymətli kağızlar bazarına ən böyük axın aprel ayında baş verib. Kommersiya banklarının ümumi portfeli 19% artım dinamikası göstərib.987321987312897

BU PORTFELİ ƏN ÇOX BÖYÜDƏN BANKLAR

Banker.az-ın bazasında olan məlumata görə, qeyd edilən 9 ay müddəti ərzində ən çox portfelini “AccessBank” artırıb. Bank qiymətli kağızlar üzrə 1 aprel tarixindəki portfeli 1.7 milyon manat olduğu halda, 9 ayın sonuna 41.76 milyon manata çatdırıb. Bu da 23 dəfə artım deməkdir.

İlk üçlüyü “Yapı Kredi Bank Azərbaycan” 8.4 dəfə artımla, “Bank BTB” isə 6.1 dəfə artımla qapadır.3474234623

Son xəbərlər
Digər xəbərlər