Kipr Respublikası ada iqtisadiyyatına investisiya qarşılığında vətəndaşlıq almağa imkan verən “qızıl pasport” investisiya proqramından imtina etməyə qərar verib.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Ölkənin prezidenti Nikolas Anastasiadis jurnalistlərə bildirib ki, ölkə bundan sonra kapital cəlb etmək üçün başqa üsullardan istifadə edəcək və “qızıl pasport”lara bir daha qayıtmayacaq.
Xatırladaq ki, Kiprdə “qızıl pasport”ların verilməsi 1 noyabr 2020-ci il tarixindən etibarən dayandırılıb. Bu qərarın səbəbi isə proqramın icrasındakı pozuntularla bağlı qalmaqal olub.
2020-ci ilin sentyabr ayında Əl-Cəzirə TV kanalı bu investisiya proqramının mövcud olduğu illər ərzində Kiprin məmurlara və onların ailələrinə, habelə gizlənən insanlara vətəndaşlıq verdiyini aşkar edib. Jurnalistlər təxminən 2500 sənədi araşdırıb və onların təxminən yarısının Rusiya vətəndaşları ilə əlaqəli olduğunu bildirib.
“Qızıl pasport”larla bağlı qalmaqala görə Kipr parlamentinin sədri istefa verib