23.4 C
Baku
Monday, October 7, 2024

Bakının ictimai iaşə dövriyyəsi 60% geriləməylə 476 mln. manata düşüb

2020-ci ildə Bakıda ictimai iaşə dövriyyəsi 476.2 milyon manat olub.

Banker.az Bakı Şəhər Statistika İdarəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə ictimai iaşə dövriyyəsi 59.4% azalıb.

Hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin 55.5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44.5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 45 faiz azalaraq 266.9 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər