“Pandemiyaya qarşı sərt məhdudlaşdırıcı tədbirlər götürüldükdən sonra da maska rejiminə və sosial məsafəyə riayət etmək məcburiyyətindəyik”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç “Rossiya 24” telekanalına açıqlamasında deyib.
“Çox diqqətli olmalıyiq. Hazırda yoluxma hallarının sayını praktik olaraq sıfıra və ya çox aşağı səviyyəyə endirə biləcəyimiz çox vacibdir. Statistik göstəricilərdə əhəmiyyətli dərəcədə azalma müşahidə edilsə də, arxayınlaşmaq olmaz. Bu səbəbdən maska taxmağa, sosial məsafəni gözləməyə davam edəcəyik”, deyə ÜST rəsmisi bildirib.