1 C
Baku
Saturday, December 14, 2024

“Amazon” sürücülərə “çay pulu” verməməsinə görə $61.7 mln. təzminat ödəyəcək

“Amazon” şirkəti sürücülərinə çay pulu verməməsinə görə 61.7 milyon dollardan çox təzminat ödəyəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

ABŞ Federal Ticarət Komissiyasına (FTC) görə, korporasiya “Amazon Flex” platformasında çalışan sürücülərə son iki ildə çay pulu verməyib.

Hesablamalara görə, “Amazon” sürücülərinə göndərmə və yükləmə üçün saatda 18-25 dollar çay pulu verməyə söz verib. 2016-cı ilin sonunda şirkət işçilərə saatda daha az pul ödəməyə başlayıb.

İdarədən bildirilib ki, ödənilən bütün vəsaitlər sürücülərə kompensasiya şəklində veriləcək.

Son xəbərlər
Digər xəbərlər