Gürcüstanın Tbilisi, Kutaisi və Rustavi şəhərlərində məktəblərdə tədris prosesi fevralın 15-dən ənəvi formada bərpa olunacaq.
Bunu ölkənin baş naziri Giorgi Qaxariya bildirib.
O deyib ki, həmin tarixdən etibarən Gürcüstan üzrə bütün şagirdlər təhsillərini sinif otaqlarında davam etdirəcəklər.
G.Qaxariya həmçinin qeyd edib ki, fevralın 15-dən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə veriləcək.