ABŞ-ın aviasiya sahəsində iş yerlərinin saxlanması üçün vəsait ayıran federal yardım proqramının müddəti gələn ay başa çatır. Bununla əlaqədar, ölkədə ən iri aviaşirkətlərdən biri olan “American Airlines” 13.000 əməkdaşını məcburi qaydada ödənişsiz məzuniyyətə göndərməyə hazırlaşır.
Belə əməkdaşların siyahısına, o cümlədən, 1850 pilot, 4245 bort mühəndisi, 1420 texniki xidmət əməkdaşı, 3145 donanmaya xidmət əməkdaşı daxildir.
“American Airlines” şirkəti COVİD-19 pandemiyası fonunda uçuşların sayının azalması səbəbindən keçən il 19.000 iş yerini bağlayıb və 8,9 milyard dollar zərərə düşüb. Şirkət rəhbərliyinin fikrincə, beynəlxalq reyslərlə gələn sərnişinlərin məcburi qaydada COVİD-19 testindən keçməsi tələbi də bu sahəyə tələbatın azalmasına səbəb olur.