16 C
Baku
Wednesday, October 30, 2024

XİN avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi addım kimi qiymətləndirib

Rusiya Xarici İşlər Nazirliyi avropalı diplomatların Rusiyadan çıxarılmasını məcburi bir addım kimi qiymətləndirib.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi

Mariya Zaxarova “Rossiya 1” telekanalına açıqlamasında bildirib.

O, deyib ki, Qərb ölkələri rəsmi Moskvanı məcbur edir ki, qanunsuz aksiyalarda iştirakına görə, Almaniya, İsveç və Polşa diplomatlarını Rusiyadan çıxarsın.

Söhbət İsveç və Polşanın Sankt-Peterburqdakı baş konsulluqlarının və Almaniyanın Moskvadakı səfirliyinin diplomatik heyətindən gedir.

Mariya Zaxarova sonda bunları əlavə edib:

“Təəssüf ki, biz sadəcə məcburiyyətində qaldığımız tədbirləri görməli oluruq”.

Son xəbərlər
Digər xəbərlər