2020-ci ilin dekabr ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 23 milyard 667 milyon manat təşkil edib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
2019-cu ilin eyni dövrü ilə müqayisədə bu il kredit təşkilatlarına yerləşdirilmiş depozit və əmanətlərin cəmi məbləği 1 milyard 79 milyon manat azalıb.
2020-ci ilin dekabr ayında cəmi depozit və əmanətlərin 8 milyard 178 milyon manatı ev təsərrüfatlarına, 1 milyard 885 milyon manatı maliyyə təşkilatlarına, 7 milyard 906 milyon manatı qeyri-maliyyə təşkilatlarına məxsus olub.
Dekabr ayında cəmi depozit və əmanətlərin 8 milyard 873 milyon manatı və ya 37%-i xarici valyuta ilə yerləşdirilib.
Ev təsərrüfatlarına məxsus 8 milyard 178 milyon manat əmanətin 4 milyard 151 milyon manatı, qeyri-maliyyə təşkilatlarının 13 milyard 604 milyon manat depozitinin 7 milyard 906 milyon manatı, maliyyə təşkilatlarının 1 milyard 885 milyon manat depozitinin isə 1 milyard 282 milyon manatı xarici valyuta ilə yerləşdirilib.