21.6 C
Baku
Monday, October 7, 2024

“Whatsapp”a yeni “Çıxış” düyməsi funksiyası əlavə edilib – Video

Whatsapp-ın “2.21.30.16” kodlu iOS beta versiyası yayımlanıb.  

Banker.az “WABetaInfo”ya istinadən xəbər verir ki, tətbiqə yeni çox cihaz dəstəyi ilə istifadə ediləcək “Çıxış” düyməsi əlavə edilib.

Belə ki, bu düymə əvvəllər çox cihaz dəstəyinin bir hissəsi olaraq daxil olmuş bir cihazdan çıxmağınıza imkan verəcək.

Çox cihaz dəstəyi üçün WhatsApp-a əlavə ediləcək Çıxış düyməsi Hesab Ayarları menyusunda yerləşir. Bir istifadəçi əsas cihazından asılı olmayaraq istifadə edəcəyi WhatsApp hesabını istifadə etmək istəmədikdə, bu düyməni istifadə edərək müvafiq cihazdan çıxacaq. Bu şəkildə istifadəçilər hesablarının başqasının əlinə keçməsinin qarşısını alacaqlar.

Son xəbərlər
Digər xəbərlər