Bildiyiniz kimi banklardan əldə etdiyiniz krediti, növbəti aydan başlayaraq, hər ay müntəzən şəkildə geri ödəməlisiniz. Lakin bir çoxları kredit borcunun tez qurtarması üçün daha tez müddət ərzində geri ödəyərək, banka olan borcunu bağlamaq istəyir. Bu da təbii haldır , müştəri bankda daha az xərclə krediti bağlamaq istəyir.
Bəs müştəri istədiyi zaman kredit borcunu bağlaya bilərmi?
Məsələ işlə bağlı qanuna nəzər salaq. Qanunvericilik, müştərinin banka olan kredit borcunu vaxtından əvvəl geri ödəməsi ilə bağlı heç bir məhdudiyyətin olmadığını deyir. Lakin bunun üçün xüsusi bir qanun da mövcud deyil.
Bu qanunun mövcud olmaması isə aldığınız kreditin üçün müqavilə bağlanıldığı zaman əhalinin aldadılması halları belə ola bilir. Yəni, bank pulunuzu vaxtından əvvəl geri ödədiyiniz zaman xüsusi cərimələrin tutulacağını qeyd edə bilər. Müqaviləni oxumadan imzalasanız və yaxud həmin bənd çox kiçik qeyd olunduğundan gözünüzdən qaça bilər. Bu zaman isə banka olan borcunuzu geri ödədikdə sizə cərimə oluna və daha çox məbləğ alına bilər.
Müştərinin krediti qabaqcadan bağlamağa əngəlləyən amillər hansılardır?
Kreditinizin vaxtınnan əvvəl ödənilməsinin banka sərf etdiyini demək düzgün olmaz. Bu səbəbdən də banka olan borcunuzu vaxtından əvvəl geri ödəməməyiniz üçün bir neçə səbəblər gətirə bilər. Bəs niyə görə bank müştərinin krediti öncədən bağlamağı tərəfdarı deyil ?
Bunun üçün isə bankın 2 səbəbi var:
- Bankın maliyyə planlamasının pozulması;
- Bankın qazancının arta bilməməsi.
Hər iki nüansa ümumi şəkildə aşağıda daha aydın izahat verməyə çalışaq.
Bank müştəriyə verdiyi kredit borcunu hissə- hissə geri alır. Həmin pulları isə gələcək dövr üçün artıq banka müraciət edən başqa bir müştərilərə verir və bu tsiklik prosesdə bank qazanc əldə edir. Vaxtından əvvəl geri ödənilən və ya bağlanan kredit isə bu prosesə əngəl edir- artıq bank məcburdurki gözləmədiyi anda krediti bağlanan şəxsin pulunu tez bir zamanda müştəri tapmaqla ona verməlidirki qazanc əldə etsin. Bu prosesdə həm yeni müştərinin tapılması (marketinq və kredit işçisinin direkt marketinqi) əlavə xərc, həmdə yeni müştərinin kreditləşməsi prosesində əlavə xərclərlə (digər əməliyyat xərcləri) nəticələnir.
Banka olan kredit borcunuzu geri ödəməkdə banka sərf etməməsinin digər bir səbəbi isə bankın bu proses zamanı qazanc əldə edə bilməməsidir. Bankın istədiyi odur ki, onun pulu etibarlı adamların əlində qalsın və pul qaldıqcada bank qazansın.
Çox bank müştərinin krediti öncədən bağlamasının qarşısını almaq üçün nə edir?
Bir neçə banklarda müştərilərin bankdan alıqları pulu vaxtından əvəl geri qaytarmaması üçün dəbbə , (yəni xüsusi cərimələr) tutur. Dəbbə, siz pulu kredit müqaviləsində göstərilən müddətdən əvvəl ödədikdə tutulan cərimə məbləğidir.
Bəs, müştəri dəbbə və ya cərimə ödəməkdən necə boyun qaçıra bilər?
Əgər siz kredit borcunuzun bütün məbləğini ödəsəniz və balansınızda sadəcə 10 AZN və ya bağladığınız məbləğin müəyyən faizini saxlamağınız bu zaman həm borcunuzdan həm də dəbbə üçün nəzərdə tutulan cərimələrdən canınızı qurtara biləcəksiniz. Siz məbləğin çox hissəsini ödəyirsiniz və sonra cüzi məbləğ saxlayırsınızki növbəti aylar faizlər az hesablansın.
Bəzi bankların siyasəti və ya proqram təminatından asılı olaraq sizin krediti bağlamağınız barədə onları məlumatlandırmaq lazımdır ki proqram təminatında bu nəzərə alınsın əks hallda proqram təminatı öncədən ödəmələri nəzərə almır, növbəti aylar hesablanmış faizləri sizə gecikmə kimi hesablanacaq.