İŞÇININ VƏZIFƏSI:
- Yerli bank və mikro maliyyə bazarındakı inkişafı müntəzəm monitorinq etmək;
- Marketinq şöbəsinin köməkliyi ilə əsas rəqib müəssisələrin məhsullarına dair yenilənmiş məlumatları toplamaq;
- Marketinq şöbəsinin köməkliyi ilə əsas rəqib müəssisələrin kreditvermə proseslərinə dair yenilənmiş məlumatları toplamaq;
- BƏR ilə birlikdə kredit məhsullarının dəyişdirilməsi və yaradılmasına olan ehtiyacları müəyyən etmək;
- Məhsulu real bazar şəraitində yoxlamaq və tədricən məhsulun satışını genişləndirmək;
- Məhsulun yaradılması prosesinin ilkin mərhələsində və sonrakı dövrlərdə bütövlükdə təşkilatın iştirakını, marağını təşviq etmək;
- Marketinq şöbəsi ilə birlikdə məhsulun təşviqat kompaniyasının təşkilində iştirak etmək;
- Kredit məhsullarının qəbul edilməsində işçilərə yardım etmək;
- Müəyyən göstəricilər əsasında kredit məhsullarının səmərəliliyini müəyyən etmək;
- Məhsulların gəlirliliyini maliyyə şöbəsi ilə birlikdə izləmək;
- Müntəzəm olaraq əməliyyatlarla bağlı təkmilləşdirilməli sahələri müəyyən etmək və dəyişikliklərin keçirilməsinə rəhbərlik etmək;
- Məhsulun effektiv satışı üçün işçilərə zəruri təlimləndirmə və həvəsləndirmənin olmasını təmin etmək;
- Əməliyyatlarla bağlı digər layihələrdə iştirak etmək;
- Yeni ideyaların həyata keçirilməsində BƏR-ə yardımçı olmaq.
TƏLƏBLƏR:
- İqtisadiyyat üzrə ali təhsil. Maliyyə, biznes yaxud iqtisadiyyat üzrə magistr dərəcəsinin olmasına üstünlük verilir;
- Bank və /və ya maliyyə institutlarında orta və ali rəhbər vəzifələrdə geniş təcrübəyə malik olmaq;
- Kreditvermə üzrə yüksək bilik. Bank sahəsində təcrübəsi olanlara üstünlük verilir;
- Təlim və təqdimat hazırlamaq və keçirmək bacarığı;
- Maliyyə təşkilatının filial və bölmələrini idarə etmək bacarığı;
- Əla hesabat yazmaq bacarığı;
- Yaxşı analitik və təşkilati bacarıqlar;
- Əla ünsiyyət bacarığı;
- Yüksək kompüter bilikləri;
- Azərbaycan dilində səlis danışmaq. İngilis yaxud rus dillərindən hər hansı birində səlis danışmaq tələb olunur.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 5 Yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№855/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Bakı şəhəri, C.Cabbarlı küç., 44, Caspian PLAZA, III-cü bina, 8-ci mərtəbə. Faks: (99 412) 596 33 87
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.