“Co Baydenin dövründə ABŞ və Rusiya bir çox mövcud problemlə bağlı çətin ki, razılığa gəlsinlər. Lakin dialoqu davam etdirmək lazımdır, o cümlədən strateji sabitlik sahəsində…”
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Solovyov.Live” Youtube kanalına müsahibəsində deyib.
Rusiya XİN başçısı ABŞ-ın yeni dövlət katibi Entoni Blinkenlə fevral ayının əvvəlində baş tutan ilk danışığını normal qiymətləndirib: “Məncə, normal danışıq idi. Razılığa gəldik ki, çoxlu problemimiz var. Bəli, bu problemlərin bir çoxu barədə çətin ki, razılığa gələk. Lakin məlumdur ki, strateji sabitliklə bağlı dialoqu davam etdirməyin vacibliyi qaçılmazdır”.