2021-ci ilin yanvar ayında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 21.9 mln. manat xərcləyib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin yanvar ayına nisbətən bu il kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından gəlir 2.6% artıb.
2021-ci ilin yanvar ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 0.7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.