3 C
Baku
Saturday, December 14, 2024

“TikTok”un sahibi biznesini “Oracle” və “Walmart”a satmaqdan imtina edib

“TikTok”un sahibi biznesini “Oracle” və “Walmart” şirkətlərinə satmaqdan imtina edib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Bu razılaşma ilk növbədə Tramp administrasiyasının tələblərini qarşılamaq məqsədini daşıyırdı. Lakin Tramp gedib və bu anlaşmanın heç bir mənası qalmayıb”, – deyə mənbələrdə bildirilir.

Xatırladaq ki, daha əvvəl Bayden administrasiyasının “TikTok”un satışı məsələsini “qeyri-müəyyən müddətə” təxirə salması xəbəri ortaya çıxmışdır. Hal-hazırda prezident Trampın Çin texnologiya şirkətlərinə münasibətdə tətbiq etdiyi tənzimləmə tədbirləri ilə tanış olur.

“TikTok”un məxsus olduğu “ByteDance” şirkəti ABŞ-da fəaliyyət göstərməyə davam etmək üçün yeni strukturlar axtarır. Fevralın 11-də verilən məlumata görə, “TikTok” ABŞ hökuməti ilə danışıqlar aparmağı davam edir.

Sentyabr ayında Tramp “TikTok”u qadağan etmək qərarını verib. Onun sözlərinə görə, bu şəbəkə ölkənin milli təhlükəsizliyini təhdid altına salır və amerikalı istifadəçilərinin məlumatlarını Çinə ötürür.

Sentyabrın 14-də “ByteDance”, “Oracle” və “Walmart” arasında razılaşma haqqında danışıqlar aparılıb. “Oracle” səhmlərin 12.5%-ni almağı təklif edib. “Walmart” payının 7.5% olacağını planlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər