Azərbaycan neftinin qiyməti bahalaşmaqla son bir ilin maksimumuna yüksəlib.
Banker.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1.57 dollar (2.5%) artaraq 64.34 dollar təşkil edib.
Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.