2 C
Baku
Saturday, December 14, 2024

“Clubhouse” tətbiqinin yüklənmə sayı 8 milyonu ötdü

Fevralın iki həftəsində “Clubhouse” tətbiqi təxminən 5 milyon dəfə yüklənib, yükləmələrin ümumi sayı isə 8 milyonu keçib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Kəskin artım barədə məlumatları “App Annie” analitik şirkəti yayımlayıb. Ekspertlərin sözlərinə görə, bu cür böyümənin səbəbi “Tesla” və “SpaceX”in qurucusu İlon Maskın, “Facebook”un sahibi Mark Çukerberq və digər məşhur şəxslərin çıxışları ola bilər.

Statistikaya görə, 2021-ci il 1 fevrala qədər “Clubhouse” 3.5 milyon dəfə yüklənib, fevralın 16-da isə bu rəqəm artıq 8.1 milyona çatıb. Qeyd edək ki, yükləmələrin 2.6 milyonu ABŞ-ın payına düşür.

Xidmət yükləmələr və qeydiyyatdan keçmiş istifadəçilərin sayı barədə məlumatları hələ dərc etməsə də, yanvar ayında baş icraçı direktor platformanın həftədə 2 milyon aktiv istifadəçisi olduğunu bildirmişdir.

Xatırladaq ki, “Clubhouse” xidməti 2020-ci ilin mart ayında işə salınıb. Bu, qabalı sosialı şəbəkədir və səsli mesajlaşma ilə nəzərdə tutulub. Digər şəbəkələrdən fərqli olaraq, “Clubhouse”a yalnız dəvətlə qoşulmaq mümkündür. Məsələn, “Facebook”un rəhbəri Çukerberq və “Tesla”nın qurucusu Mask söhbət otağına Rusiya prezidenti Vladimir Putini dəvət etmişdilər.

Son xəbərlər
Digər xəbərlər