2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda avtomobillərin könüllü sığortası azalıb, icbari sığortası artıb

Bu ilin yanvar ayında Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 7 milyon 106.5 min manat sığorta haqqı yığılıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, bu müddətdə eyni sığorta növü üzrə 4 milyon 708.2 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 3% artıb, ödənişlər 22.3% azalıb.

Hesabat əsasən, bu ilin yanvar ayında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 2 milyon 705.1 min manat sığorta haqqı yığılıb, 727 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 62%, ödənişlərdə isə 27% azalma deməkdir.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 104 milyon 11 min manat, ödənişləri 56 milyon 841 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər