10 C
Baku
Wednesday, December 11, 2024

Həyat sığortası bazarında yığımlar 10% artıb, qeyri-həyat sığortasında isə 11% azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən həyat sığortası üzrə 17 milyon 44 min manat sığorta haqqı toplanıb.

Banker.az Azərbaycan Mərkəzi Bankın statistikasına istinadən bildirir ki, həyat sığortası üzrə sığorta haqqı keçən ilin eyni dövrü ilə müqayisədə 800 min manat və ya 9.8 çoxdur.

Eyni zamanda, həyat sığortası üzrə şirkətlər tərəfindən hesabat dövründə 28 milyon 354 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon 259 min manat artım deməkdir.

Cari ilin 10 ayında qeyri-həyat sığortası üzrə isə 67 milyon 134 min manat sığorta haqqı toplanıb ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığortası üzrə sığorta haqqı 7 milyon 852 min manat və ya 9.7% azdır.

Qeyd edilən dövrdə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi isə 8 milyon 834 min manat olub. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 686 min manat artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər