Azərbaycan Mərkəzi Bank “Principal” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 76 500 manatdır.
Qeyd edək ki, “Principal” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Orxan Abdurahmanovdur.