12 C
Baku
Tuesday, May 7, 2024

Lirə zəifləyən dollar qarşısında zəifləyir: USD/TL 7.25

Zəifləyən ABŞ dolları Türkiyədə 2021-ci ilin ən yüksək zirvəsinə qalxıb.

Hazırda lirənin məzənnəsi ölkədə inflyasiya ilə bağlı requlyatorun sərt monetar siyasətdə qalıb-qalmayacağı əndişəsi ilə təzyiq altına düşüb. Məzənnə hətta dollar 7.25 lirə test edib.

Bakı vaxtı ilə 15:40 radələrində USD/TRY məzənnəsi 7.2102 səviyyəsinə qədər yüksəlib. Bu da bazar açılışındakı ilkin indikatordan 0.0455 lirə, yəni 0.64% artım dinamikasıdır.

Bəzi analitiklər bunu texniki səbəblərdən artmaqla müvəqqəti olduğunu işarə edirlər.

Bu arada, ABŞ dolları 6 əsas ticarət tərəfdaşlarının valyutaları səbəti qarşısında (Bakı vaxt 14:40) 0.41 bənd eniş, yaxud 0.46% azalma ilə 89.76 bəndə düşüb. Bu da yanvarın ilk iş həftəsindən bu tərəfə ən aşağı göstəricidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər