23 C
Baku
Sunday, September 29, 2024

Pensiyaların orta aylıq məbləği 10% artaraq 330 manat oldu

Son 3 ildə pensiyaların orta aylıq məbləği 60% artıb.

Banker.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Müdafiəsi Nazirliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, pensiyaların orta aylıq məbləği ilin əvvəli ilə müqayisədə daha 10%-dək artaraq 330 manata çatıb.

Hazırda yaşa görə pensiyaların orta aylıq məbləği 361 manat, əlilliyə görə pensiyaların orta aylıq məbləği 290 manat, ailə başçısını itirməyə görə pensiyaların orta aylıq məbləği 267 manat təşkil edir.

Ümumilikdə 2018-ci ilin əvvəlinə nisbətən pensiyaların orta aylıq məbləği 60% artıb.

Son xəbərlər
Digər xəbərlər