9 C
Baku
Thursday, December 12, 2024

“A Qrup” Sığorta Şirkətində dəyişiklik olub – təyinat

“A Qrup” Sığorta Şirkəti ASC-nin məsul aktuarisi dəyişib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, Məmmədova Günay Mahir qızı vəzifəsini tərk edib.

Onun yerinə, Musayeva Təranə Musa qızı təyin edilib.

Musayeva T.M. buna qədər “Azərbaycan Sənaye Sığorta” ASC və hazırda bazarda olmayan “Başak-İnam Sığorta” ASC-də çalışıb.

Aktuari— ehtimal metodları tətbiq edən ixtisasdır. Aktuari biznes, maliyyə və sosial sahədə mürəkkəb problemlərin həlləri, analizi və toplanması üçün riyazi metodlardan istifadə etməklə fərdi və kooperativ riskləri qiymətləndirən, əsaslanmış sığorta və təqaüd sxemlərini maliyyə cəhətdən inkişaf etdirən sahədir.

Son xəbərlər
Digər xəbərlər