İtaliyada geridə qalan ilin son günündə evdəki bütün lazımsız, köhnə əşyalar pəncərədən çölə atılır. Burada belə bir simvolik əlamət qəbul edilmişdir ki, köhnə ildə nə qədər çox köhnə əşya tullasan, yeni ildə bir o qədər çox zənginlik əldə edəcəksən.
Finlandiyada əsas Yeni il personajı Youlupukki – yəni finlərin Şaxta babasıdır. Finlərin iddia etdiyinə əsasən, o öz boxçasında nəinki hədiyyələr, həmçinin sözəbaxmayan uşaqları cəzalandırmaq üçün əsa da gətirir.
Estoniya, Avstriya və Şotlandiyada ən yaxşı Yeni il hədiyyəsi baca təmizləyən şəxsin fiqurudur. Bütün bunlar isə ona görədir ki, küçədə baca təmizləyənə rast gəlmək yaxşı əlamət hesab edilir. Bu səbəbdən də bu gün kü günümüzdə nadir peşələrdən biri olan baca təmizləyənin fiquru hər evə xoşbəxtlik gətirməlidir. Bundan əlavə, şotlandiyalılar Yeni ildə qonaq gələrkən özləri ilə bir dilim piroq, bir stəkan şərabla gəlməyi sevirlər.
İsveçdə Yeni il hədiyyəsi olaraq insanların öz əli ilə düzəltdiyi şam hədiyyə etmək adəti mövcuddur. Bu şimal ölkəsində qışda qaranlıq və soyuqdur, şamlar isə insanlara işıq və istilik bəxş edir.
Polşada Yeni il süfrəsində 12 növ yemək olmalıdır, lakin ət burada istisna təşkil edir. Əks təqdirdə yeni ildə xoşbəxtlik bu evdən kənar keçəcək.
Macarıstanda isə yeni il gecəsi hər yerdn fit səsləri eşidilir. Macarlar belə hesab edirlər ki, fit çalmaq zənginlik gətirir.
Almanlar isə belə hesab edir ki, Yeni ilə mütləq olaraq təmiz girmək lazımdır və buna görə də Almaniyada ötən ilin son saatlarında duş qəbul etmək kimi adət mövcuddur.