“Societe de Courtage” Sığorta və Təkrarsığorta Brokeri MMC 2020-ci ili 8 888 manat mənfəət ilə başa vurub. Halbuki şirkət 2019-cu ili 1 903 manat zərər ilə, 2018-ci ili isə 1 322 manat zərərlə bağlamışdır.
Banker.az şirkətin maliiyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Societe de Courtage”ın cəmi gəlirləri 247 min 256 manat, cəmi xərcləri isə 233 min 907 manat təşkil edib.
2019-cu ildə isə ötən il “Societe de Courtage”ın cəmi gəlirləri 239 min 374 manat, cəmi xərcləri isə 238 min 850 manat olub ki, bu da illik müqayisədə şirkətin cəmi gəlirlərinin 2020-də 3.3% artması, cəmi xərclərinin isə 2% azalması deməkdir.
Hesabat dövrünün sonuna Sığorta və Təkrarsığorta Brokerinin cəmi aktivləri 281 017 manat təşkil edib. Belə ki, hesabat ilinin əvvəli ilə müqayisədə cəmi aktivləri 21% azalıb.
31 dekabr 2020-ci ilin sonuna “Societe de Courtage”ın cəmi öhdəlikləri 3 dəfə azalaraq 47 008 manat, cəmi kapitalı isə 4% artaraq 234 020 manat olub.