Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondu tərəfindən yerli banklarla keçirlən xarici valyuta mübadiləsi üçün nəzərdə tutulan hərrac baş tutdu.
Mərkəzi Bankın açıqlamasına əsasən, mart 18-ci günündə gerçəkləşən, ayın 5-ci hərracda cəmi 54.7 mln. dollar ekvivalentində banklara xarici valyuta satılıb.
Bu isə öncəki ayla müqayisədə 0.5 faiz az olması deməkdir.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Ümumilikdə isə martın ilk altı hərracında 317.1 mln. dollar xarici valyuta satılıb.