Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.
İclasda uçot dərəcəsi 2 faiz bəndi artırılaraq 17%-dən 19%-ə çatdırılıb.
Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15%-dən 17%-ə qaldırılmış, fevralın 18-i keçirilən iclasında isə sabit saxlanmışdı.