6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan Mərkəzi Bankı bu sektorda iqtisadi resessiyanın dayandığını elan edib

2021-ci ilə iqtisadi artımın bərpası ilə bağlı gözləntilər qeyri-neft iqtisadiyyatında artıq özünü doğrultmaqdadır.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrləri ilə bağlı İdarə Heyətinin 19 mart 2021-ci il tarixli qərarına şərhdə qeyd edilir.

“Rəsmi rəqəmlərə görə 2021-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda resessiya, demək olar ki, dayanmışdır. Qeyri-neft sektorunun aparıcı sahələri olan qeyri-neft sənayesində 12.1%, kənd təsərrüfatında 2.3%, nəqliyyat və anbar təsərrüfatında isə 10.9% artım müşahidə olunmuşdur”.

Requlyator qeyd edir ki, real sektorun monitorinqinin nəticələrinə görə fevralda biznes inam indeksi ötən aya nəzərən ticarət və xidmət sektorlarında artım meylli olub. Tikintidə icraya qəbul edilmiş sifarişlərdə müsbət meyil qeydə alınıb.

Qısa və ortamüddətli perspektivdə həm xarici, həm də daxili tələbdə bərpa prosesinin davam edəcəyi gözlənilir. Daxili tələb stimullaşdırıcı fiskal, monetar və makroprudensial siyasətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə dəstəklənəcəkdir.

Son xəbərlər
Digər xəbərlər